Azərbaycanda planşetlərdə "Android"in payı son üç ayda 17 %-ə yaxın azalıb
- 02 sentyabr, 2025
- 12:16

Bu ilin avqust ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 80,68 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyul ayına nisbətən 0,11 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,54 faiz bəndi azdır.
Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 0,26 faiz bəndi azalaraq və illik müqayisədə 1,46 faiz bəndi artaraq 18,52 % olub.
Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 2,54 faiz bəndi və illik müqayisədə 5,19 faiz bəndi azalaraq 68,15 % təşkil edib. Beləliklə onun bazar payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 16,8 % təşkil edir).
Həmin cihazlarda "İOS"un bazar payı 31,72 % təşkil edib ki, bu da aylıq müqayisədə 2,82 faiz bəndi, illik isə 5,31 faiz bəndi çoxdur.