Çin sentyabrın 15-dən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
Digər ölkələr
- 02 sentyabr, 2025
- 12:05
Çin sentyabrın 15-dən etibarən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.
"Çin və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da təşviq etmək məqsədilə Çin tərəfi vizasız giriş hüququ olan ölkələrin dairəsini genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək Rusiya vətəndaşlarına münasibətdə sınaq vizasız siyasət həyata keçiriləcək", - o, brifinqdə bildirib.
Rəsmi nümayəndə qeyd edib ki, rusiyalılar biznes, turizm, digər məqsədlərlə 30 günədək vizasız rejim çərçivəsində Çini ziyarət edə bilərlər.
Son xəbərlər
18:20
AYNA: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
İnfrastruktur18:19
Foto
Zelenski Makronla görüşünün nəticələrini şərh edib
Digər ölkələr18:19
Fransa klubu İngiltərə Premyer Liqasından futbolçu transfer edib
Futbol18:16
Bakıda 14 istiqamətdə tıxac müşahidə olunur - YENİLƏNİB
İnfrastruktur17:59
Qvardiola Ruben Diaşın son durumunu açıqlayıb
Futbol17:52
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı doqquza çatıb - YENİLƏNİB
Digər ölkələr17:49
Prezidentin müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu - RƏY
Daxili siyasət17:41
Yeni reallıqlar fonunda "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş tamamilə ləğv edilməlidir – RƏY
Daxili siyasət17:37