Azərbaycanla Dünya Bankı innovativ iqtisadi artım modellərini müzakirə edib

İKT
  • 31 oktyabr, 2025
  • 09:36
Azərbaycanla Dünya Bankı innovativ iqtisadi artım modellərini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə rəqəmsal transformasiyanın tətbiqi ilə innovativ iqtisadi artım modellərini müzakirə edib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı alim Ufuk Akçiğit ilə görüşdə baş tutub.

Nazir tərəflərin həmçinin Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi istiqamətində geniş fikir mübadiləsi apardığını qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti