Şəhid qardaşı: Elçin döyüşdə yaralansa da, müalicə olunub yenidən cəbhəyə qayıtmışdı

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 15:26
Şəhid qardaşı: Elçin döyüşdə yaralansa da, müalicə olunub yenidən cəbhəyə qayıtmışdı

Elçin döyüşdə yaralansa da, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı.

Bunu "Report"un Muğan bürosuna açıqlamasında oktyabrın 31-də İmişlinin Ağaməmmədli kəndində dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərovun qardaşı Rafiq Heydərov deyib.

O, uzun müddət qardaşı barəsində heç bir məlumat ala bilmədiklərini vurğulayıb:

"Qardaşım 1991-ci ildə cəbhəyə gedib və 1992-ci ilin sonlarında Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb. Bir müddət Bakıda müalicə olunduqdan sonra 1993-cü ildə yenidən cəbhəyə qayıdıb. 1994-cü ilin yanvarında Füzuli rayonunda gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun haqqında heç nə öyrənə bilmədik. Nəhayət həsrətimizə son qoyuldu, bu gün qardaşımın nəşini doğma torpaqda dəfn elədik".

Son xəbərlər

Bütün Xəbər Lenti