Şəhid qardaşı: Ən böyük təskinliyimiz onun doğma kəndində dəfn olunmasıdır

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 15:45
Şəhid qardaşı: Ən böyük təskinliyimiz onun doğma kəndində dəfn olunmasıdır

Teymurun ailəsinin ən böyük təskinliyi onun doğma kəndində dəfn olunmasıdır.

Bunu "Report"un Aran bürosuna açıqlamasında oktyabrın 31-də Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Teymur Allahverdiyevin qardaşı Seymur Allahverdiyev deyib.

O, qardaşının şəhid olduqdan sonra əsgər yoldaşları tərəfindən həmin ərazidə dəfn olduğunu bildirib:

"Teymur taqım komandiri olaraq həm güclü, həm də səliqəli insan idi. Onu döyüş getdiyi vaxt "BTR"-in içində vurmuşdular. Son nəfəsinə qədər ratsiyadan səsi gəlirmiş. Əsgər yoldaşları onu orada dəfn etmişdilər. Qardaşımın məzarı ilkin dəfn olunduğu yerdə aşkarlanıb, bu gün isə öz kəndimizdə dəfn edildi. Ən böyük təskinliyimiz budur".

Son xəbərlər

Bütün Xəbər Lenti