Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci ötən ay 14 % artıb

Energetika
  • 21 oktyabr, 2025
  • 14:30
Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci ötən ay 14 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 153 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

Təkcə sentyabrda isə Gürcüstan Azərbaycandan 13,3 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 14 % çoxdur.

9 ay ərzində Gürcüstan xarici ölkələrdən 297 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 143,51 milyon ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları, Belarusdan 28 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti