Yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb

Hadisə
  • 08 dekabr, 2025
  • 16:01
Yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Qızıl qaya" şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi üzrə çoxsaylı nöqsanlar aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının kobud pozulması faktları aşkar edilib, şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb

Son xəbərlər

Bütün Xəbər Lenti