KİV: ABŞ İraqın "Lukoyl" şirkətinin payını Amerika kompaniyasına ötürmək planını dəstəkləyib

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 23:20
KİV: ABŞ İraqın Lukoyl şirkətinin payını Amerika kompaniyasına ötürmək planını dəstəkləyib

ABŞ hökuməti "Lukoyl"ın "Qərbi Kurna – 2" neft yatağındakı payının Amerika şirkətlərinə verilməsi ilə bağlı İraqın planını dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Biz İraqın Neft Nazirliyi ilə "Exxon" və "Chevron" arasında ilkin razılaşmanın imzalanması, "Qərbi Kurna – 2"nin Amerika şirkətinə verilməsi öhdəliyindən məmnunuq", - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

O əlavə edib ki, ABŞ İraqdakı şirkətlərinin maraqlarını müdafiəyə davam edəcək.

Qeyd edək ki, dekabrın 1-də İraqın Neft Nazirliyi "Qərbi Kurna – 2" neft yatağının idarə edilməsi ilə bağlı təşkil olunan tenderə bir neçə ABŞ şirkətini də dəvət edib. Şirkətlərin siyahısı açıqlanmayıb. Lakin sonradan məlum olub ki, sözügedən neft yatağında pay sahibi olan "Lukoyl" xarici səhmlərini satmaq istəyir. "Lukoyl"un İraqdakı payını ABŞ-nin "Exxon" və "Chevron" əldə etmək niyyətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti