Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - YENİLƏNİB

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 22:21
Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - YENİLƏNİB

Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, Baş nazir Sanae Takaiçi bu barədə təcili brifinqdə deyib.

O, əlavə edib ki, ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Dekabrın 8-də Yaponiyanın şimalında 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Aomori prefekturasının şərqində yerləşir. İvate və Hokkaydo sahil əraziləri də ən böyük risk altındadır. Sakinlərə oranı tərk etmək və daha yüksək ərazilərə köçmək tövsiyə olunub.

Daha sonra Yaponiyada sunami qeydə alınıb. Aomoridə dalğa hündürlüyü 40 santimetr, Hokkaydoda isə 20 santimetr olub.

Yaponiyanın şimalında 7,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 50 km dərinlikdə yerləşib.

Sahil bölgələrində mümkün sunami ilə bağlı xəbərdarlıq elan olunub. Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və rəsmi qurumların açıqlamalarını izləmək tövsiyə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti