Tramp Netanyahunu Vaşinqtonda görüşə dəvət edib

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 22:46
Tramp Netanyahunu Vaşinqtonda görüşə dəvət edib

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanası məlumat yayıb.

"ABŞ Prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib", – deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, söhbət zamanı iki ölkənin liderləri Fələstin hərəkatı HƏMAS-ın silahsızlaşdırılmasının və Qəzza sektorunun demilitarizasiyasının vacibliyini və buna sadiqliklərini vurğulayıblar. Bundan əlavə, onlar region ölkələri ilə sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-nin vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib. Üçtərəfli saziş "İbrahim anlaşmaları" adını alıb. Sonradan Mərakeş və Sudan da İsraillə münasibətlərin normallaşdırıldığını elan ediblər. Bu sazişlərdən əvvəl İsrailin ərəb dövlətlərindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi.

Son xəbərlər

Bütün Xəbər Lenti