Şirvanda 87 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib
Hadisə
- 23 oktyabr, 2025
- 11:50
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Son xəbərlər
15:01
Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək
Maliyyə15:01
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
Futbol14:56
Mbappe Ronaldunun "Real"dakı tarixi rekordunu qıra bilər
Futbol14:51
Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb
Digər ölkələr14:42
Azərbaycan Həndbol Federasiyasında yeni təyinat olub
Komanda14:37
Foto
Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
Din14:34
Rövşən Əmircanov: "Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"
Biznes14:30
Azərbaycan millisinin baş məşqçisi: "Bəhreyndəki mundialdan medalla dönəcəyimizə inanıram"
Fərdi14:30