Rövşən Tağıyev: Sükan arxasında telefondan istifadə hərəkət iştirakçılarını risk altına qoyur

Hadisə
  • 17 noyabr, 2025
  • 11:24
Rövşən Tağıyev: Sükan arxasında telefondan istifadə hərəkət iştirakçılarını risk altına qoyur
Rövşən Tağıyev

Sükan arxasında telefondan istifadə hərəkət iştirakçılarını risk altına qoyur.

"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibətində bildirib.

R.Tağıyev qeyd edib ki, sükan arxasında telefonla istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur.

"Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir. Sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Unutmayaq: sükan arxasında seçim sadədir, ya telefon, ya təhlükəsizlik", – deyə R.Tağıyev vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti