Saməddin Əsədov: "Azərbaycan bütün ərazisində 100 % genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir"

İKT
  • 17 noyabr, 2025
  • 13:18
Saməddin Əsədov: Azərbaycan bütün ərazisində 100 % genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir

Azərbaycan bütün ərazisində 100 % genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov WTDC-25-lə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın həm regionda nümunə olmağını, həm də qlobal səviyyədə təcrübəsini paylaşmağı mümkün edir: "Bakıda bu konfransın keçirilməsi həm Azərbaycan, həm də region üçün böyük önəm daşıyır. Bu tədbir ölkəmizin rəqəmsal transformasiya proseslərini sürətləndirməsi və beynəlxalq nüfuzunun artması baxımından mühüm platformadır. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar".

Nazir müavini qeyd edib ki, dünyada hələ də təxminən 2,6 milyard insan internetə çıxış imkanına malik deyil: "WTDC-25-in məqsədi məhz belə insanların əlçatan və keyfiyyətli əlaqə imkanlarını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaqdır. Konfrans çərçivəsində 2026–2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və telekommunikasiya prioritetləri müəyyən ediləcək. Həmçinin, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinin rəqəmsal imkanlarının artırılması diqqət mərkəzində olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti