ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
Hadisə
- 17 noyabr, 2025
- 13:08
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı noyabrın 17-də Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində minaya düşüb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Son xəbərlər
09:06
Marko Rubio: ABŞ Tayvan ətrafında status-kvonun dəyişdirilməsinə qarşıdır
Digər ölkələr08:44
Rubio: Venesuelada seçkilərin keçirilməsi zəruridir
Digər ölkələr08:32
Vaşinqtonda meşə yanğınına görə ən yüksək təxliyə səviyyəsi elan edilib
Digər ölkələr08:08
Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib
Digər ölkələr07:35
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb
Digər ölkələr07:28
"Axios": Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Trampı İrana yeni zərbələr endirməməyə çağırıb
Digər ölkələr07:14
Bursada iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
Region06:42
"Bloomberg": Almaniyanın ÜDM-i 2027-ci ildə 1,1% arta bilər
Digər ölkələr06:06