Azərbaycanda WUF13-də təxminən 2 500 könüllünün iştirakı gözlənilir

Xarici siyasət
  • 17 noyabr, 2025
  • 13:18
Azərbaycanda WUF13-də təxminən 2 500 könüllünün iştirakı gözlənilir

13-cü Dünya Şəhərsalma Forumunun (WUF13) Əməliyyat şirkəti Bakıdakı tədbirdə təxminən 2 500 könüllünün iştirakını gözləyir.

"Report"un məlumatına görə, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

A.Məmmədovun sözlərinə görə, Azərbaycanda iri beynəlxalq tədbirlərə könüllülərin cəlb edilməsi təcrübəsi uğurla həyata keçirilir və bu ənənə WUF13-də də davam edəcək.

"Könüllülərin iştirakı son dərəcə vacibdir. Onlar böyük tədbirlərin təşkilinə əhəmiyyətli töhfə verirlər. WUF13 çərçivəsində biz bu siyasəti davam etdiririk. Azərbaycanda Könüllülər Günündə (5 dekabr) Bakıda Könüllülər Mərkəzini açmağı planlaşdırırıq. Forum zamanı təxminən 2 500 gənc könüllünün bizə qoşulacağını gözləyirik", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti