Qubada qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 10 noyabr, 2025
  • 14:58
Qubada qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qubada qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün Alekseyevka kəndi yaxınlığında baş verən qəzada ölən və yaralanan şəxsin kimliyi məlum olub.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü Xaçmaz rayon sakini 23 yaşlı Mehtiyev Şahbala Asəf oğlu hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba RMX-a yerləşdirilib.

Qubada avtomobili ağaca çırpılıb.

"Report" un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağli araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti