Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı ağacəkmə aksiyası keçirilib
- 30 sentyabr, 2025
- 14:06

Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü, 1 oktyabr – Azərbaycan prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidmətləri məlumat yayıb.
Qeyd olunub ki, aksiyada Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.
Tədbir çərçivəsində ümumilikdə 1 500-dən çox zeytun və eldar şamı ağacları əkilib.
Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.