Kamran Əliyev azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyəti ilə bağlı tapşırıqlar verib
Hadisə
- 08 iyun, 2021
- 12:31
Baş prokuror Kamran Əliyev Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin qısa müddətdə görülməsi ilə bağlı tapşırıqlar verib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, iyunun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası və işin təşkilinə dair məsələlərə həsr olunan Kollegiya iclası keçirilib.
Son xəbərlər
05:29
Astronomlar kainatdakı ən böyük fırlanan quruluşu kəşf ediblər
Maraqlı04:59
Tramp: ABŞ Karib hövzəsində katerə zərbədən sonra törədilən qətllə bağlı məlumatları açıqlayacaq
Digər ölkələr04:43
Venesuela öz hava məkanı üzərində tam suverenliyə malik olduğunu bəyan edib
Digər ölkələr04:27
Foto
BMT iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış barədə məlumat verilib
Xarici siyasət03:58
KİV: Livan İsrail ilə danışıqların nəticələrini mükəmməl adlandırıb
Digər ölkələr03:26
KİV: Yəmənin şərqində münaqişə tərəfləri atəşkəs barədə razılığa gəliblər
Digər ölkələr02:43
AP: Trampın xüsusi nümayəndəsi və Kuşner ABŞ-də Rüstəm Umerovla görüşəcəklər
Digər ölkələr02:17
Tramp Latın Amerikasında narkokartellərin yerüstü obyektlərinə zərbələr endiriləcəyini açıqlayıb
Digər ölkələr01:38
Foto