Şirvanda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
Hadisə
- 29 avqust, 2021
- 05:40
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini İlham Musayevə COVID-19 virusuna yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.
Lakin adı çəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
Son xəbərlər
15:01
Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək
Maliyyə15:01
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
Futbol14:56
Mbappe Ronaldunun "Real"dakı tarixi rekordunu qıra bilər
Futbol14:51
Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb
Digər ölkələr14:42
Azərbaycan Həndbol Federasiyasında yeni təyinat olub
Komanda14:37
Foto
Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
Din14:34
Rövşən Əmircanov: "Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"
Biznes14:30
Azərbaycan millisinin baş məşqçisi: "Bəhreyndəki mundialdan medalla dönəcəyimizə inanıram"
Fərdi14:30