FHN-də yol qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi ilə bağlı təlim keçirilib

Hadisə
  • 28 noyabr, 2025
  • 09:27
FHN-də yol qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən "Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi" mövzusunda gecə təlimi keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar "hadisə yerinə" operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə "deformasiyaya uğramış avtomobil"dən "zərərçəkmişləri xilas edərək" onlara "təxirəsalınmaz ilkin yardım göstəriblər".

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti