Kiberpolis: Qanunsuz onlayn qumar oyunlarında iştirak da məsuliyyət yaradır
- 21 noyabr, 2025
- 15:07
Qanunsuz onlayn qumar oyunlarında iştirak da məsuliyyət yaradır.
"Report" xəbər verir ki, bu barədə Kiberpolisin qanunsuz mərc və qumar oyunlarına qoşulan vətəndaşlara etdiyi xəbərdarlıqda qeyd olunub.
"Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır", - məlumatda bildirilib.
Eyni zamanda xüsusi olaraq vurğulanıb ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləğin göndərilməsi adı ilə vətəndaşlardan bank kartlarının məlumatları tələb edilir:
"Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər".