Azərbaycan və İsrail arasında innovasiya sahəsində tərəfdaşlıq müzakirə olunub
- 21 noyabr, 2025
- 16:12
Azərbaycan və İsrail arasında potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və qarşılıqlı işgüzar səfərlərin təşkili, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, su ehtiyatlarının idarə edilməsi və innovasiyalar kimi sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub.
"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata əsasən, müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ilə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz ilə görüşdə aparılıb.
Görüş zamanı Y.Abdullayev agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsrail arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti barədə məlumat verib.
R.Krausz isə son dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu dinamikanın həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şərait yaratdığını qeyd edib.
Görüşdə tərəflər özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsi, biznes missiyaların təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.