Biləsuvarda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
- 03 oktyabr, 2025
- 15:52
Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, o, "VAZ-2107"-nin sürücüsü, Cəlilabad rayonu Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Abışov Mahir Ədalət oğludur.
M.Abışov Biləsuvarda yerləşən Cəbrayıl qəsəbə xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Xəsarət alan Qax rayonu sakini, Xəlilov Pərviz Umud oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" və "Mersedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.