Abşeronda bir neçə marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Hadisə
- 27 noyabr, 2025
- 13:50
Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.
Oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.
Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
15:33
Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram
Region15:28
Foto
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
Sosial müdafiə15:28
Foto
Azərbaycan İƏT-in kommersiya və xarici ticarət nazirlərinin iclasına qatılıb
Biznes15:28
Foto
Əbu-Dabidəki "Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi15:27
Tailandda daşqın qurbanlarının sayı 55-ə çatıb
Digər ölkələr15:26
Alptekin Cihangir: Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir
Media15:19
Azərbaycanda 2028-ci ilədək 44 əsas zəruri cərrahi prosedura çıxışın təmin edilməsi planlaşdırılır
Sağlamlıq15:19
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib
Sağlamlıq15:18