Azərbaycanda 2028-ci ilədək 44 əsas zəruri cərrahi prosedura çıxışın təmin edilməsi planlaşdırılır

Sağlamlıq
  • 27 noyabr, 2025
  • 15:19
Azərbaycanda 2028-ci ilədək 44 əsas zəruri cərrahi prosedura çıxışın təmin edilməsi planlaşdırılır

Azərbaycanda 2028-ci ilədək 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilədək isə regional səviyyədə daha çox xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur.

"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) media nümayəndələri üçün keçirdiyi təlimdə məlumat verib.

Onun sözlərinə görə, 2030-cu ildən TƏBİB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili təmin olunacaq:

"Regionlarda da cərrahi və anestezioloji xidmətlərin inkişafı diqqət mərkəzindədir. Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi" 2030-cu ilə qədər ölkənin müxtəlif ərazilərində nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq, eləcə də regionlara ixtisaslı kadrların cəlb edilməsi və davamlı tibbi təhsil proqramlarının tətbiqi məqsədi daşıyır".

Son xəbərlər

Bütün Xəbər Lenti