"Yuventus" - "Napoli" matçı növbəti dəfə təxirə salındı
Futbol
- 12 mart, 2021
- 20:11
İtaliya A Seriyasının III turundan təxirə salınmış "Yuventus" - "Napoli" matçının vaxtı növbəti dəfə dəyişdirilib.
"Report" çempionatına rəsmi saytına istinadən xəbər verir ki, martın 17-də keçirilməli olan qarşılaşma aprelin 7-nə təyin olunub.
Qərarın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, görüş ötən il oktyabrın 4-də "Yuventus"a məxsus "Alyans" stadionunda oynanılmalı idi. Həmin vaxt Neapol təmsilçisinin heyətində koronavirusa yoluxma halı aşkarlandığından komanda Turinə yollana bilməmişdi. Nəticədə texniki məğlubiyyət alan klubun koronavirusla bağlı protokola əməl etmədiyi üçün bir xalı da silinmişdi.
"Napoli"nin iki apellyasiya şikayəti təmin edilməsə də, sonda İtaliya Olimpiya Komitəsi qərarı ləğv edərək, matçı martın 17-nə təxirə salmışdı.
Son xəbərlər
23:55
Makron Tramp ilə Rusiya‑Ukrayna münaqişəsinin həllini müzakirə edib
Digər ölkələr23:35
KİV: İslamabad - Kabil danışıqları nəticəsiz başa çatıb
Digər ölkələr23:21
Türkiyədə ağır yol qəzasında onlarla insan xəsarət alıb
Region23:09
Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib
Futbol23:09
BMT Təhlükəsizlik Şurasının üzvləri tarixdə ilk dəfə Suriyaya səfər edəcək
Digər ölkələr22:58
Türkiyədə silahlı insident olub, xəsarət alanlar var
Region22:56
Siyarto: Macarıstan Aİ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiyalarına razılıq verməyəcək
Digər ölkələr22:46
Tramp Netanyahunu Vaşinqtonda görüşə dəvət edib
Digər ölkələr22:41