Bolqarıstanın əfsanəvi futbolçusunun vəziyyəti ağırdır

Futbol
  • 01 dekabr, 2025
  • 22:41
Bolqarıstanın əfsanəvi futbolçusunun vəziyyəti ağırdır

Bolqarıstan futbol tarixinin ən məşhur hücumçularından biri hesab olunan Lyuboslav Penev bir neçə gün əvvəl təcili olaraq Almaniyadakı klinikalarından birinə yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

59 yaşlı keçmiş futbolçu və məşqçinin ağır xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir. Məlumata görə, Penevin vəziyyəti ağır olaraq qiymətləndirilir

Penev daha əvvəl də ciddi sağlamlıq problemi yaşadığı üçün 1994-cü ildə ABŞ-də keçirilən dünya çempionatını buraxmışdı.

Hazırda isə onun xeyli çəki itirdiyi, buna görə də kimyaterapiyaya başlamağın mümkün olmadığı qeyd olunur. Müalicə xərclərinin böyük hissəsini digər tanınmış keçmiş bolqar futbolçusu Stiliyan Petrov qarşılayıb.

Qeyd edək ki, Lyuboslav Penev İspaniyada "Valensiya", "Atletiko" (Madrid) və "Selta" kimi klublarda çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti