"Turan Tovuz"un futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib
Futbol
- 15 sentyabr, 2025
- 10:46
"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin yubiley matçı IV tura təsadüf edib.
O, "Qəbələ" ilə ev matçının (1:0) gedişində meydana daxil olub.
Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/2023 mövsümündə debüt edib.
Qeyd edək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudur. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydir.
Son xəbərlər
20:18
Azərbaycan boksçusu doğum günündə Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Fərdi20:12
Starmer: ABŞ və Ukrayna arasında razılaşdırılmış plan yekun deyil – YENİLƏNİB
Digər ölkələr20:10
ABŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək
Digər ölkələr20:07
Avropa Komissiyası İsraillə sazişin ləğvi təşəbbüsünü qeydiyyata alıb
Digər ölkələr20:07
Foto
Beynəlxalq təşkilatlar və diplomatlar WUF13-ə hazırlıq və fəaliyyət planları barədə məlumatlandırılıb
İnfrastruktur20:06
Foto
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışına yekun vurulub
Fərdi20:03
Foto
Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə ikitərəfli əlaqələri müzakirə edib - YENİLƏNİB
Xarici siyasət19:53
UEFA Gənclər Liqası: Yağışa görə fasilə yaranan oyunda "Qarabağ" "Napoli"yə uduzub - YENİLƏNİB-2
Futbol19:51