Siyasət Əsgərov: "Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik"
- 01 dekabr, 2025
- 17:23
Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov sabah görüşəcəkləri Banqladeş millisinin üstün və zəif cəhətlərini bilir.
"Report" xəbər verir ki, mütəxəssis bunu "FIFA Tri Nations Womens Football Series 2025" turnirinin matçından öncə yerli mətbuata açıqlamasında deyib.
O, şansları dəyərləndirib:
"Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir. Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük veəcəklərini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək".
Qeyd edək ki, millinin Banqladeşlə matçı sabah keçiriləcək. S.Əsgərovun rəhbərlik etdiyi komanda ilk görüşdə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.