"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

İKT
  • 01 dekabr, 2025
  • 18:00
SOCAR Hackathon 2025ə qeydiyyat başlayıb

Dekabrın 13–14-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.

Hakaton iki istiqamət üzrə - Süni İntellekt Mühəndisliyi (AI Engineering): Əl yazısı məlumatlarının email, həmçinin Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası üzrə keçiriləcək.

İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət edə bilərlər.

İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alınacaq.

Seçilmiş komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.

Mükafat fondu (hər istiqamət üzrə):

1-ci yer – 4000 AZN

2-ci yer – 2000 AZN

3-cü yer – 1000 AZN

Qeydiyyat üçün: https://forms.gle/gW42pPctvkFVQfKm7

Son müraciət tarixi: 07 dekabr 2025-ci il, saat 23:59-a qədər

Məkan: Bakı Ali Neft Məktəbi kampusu, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 3-cü km, 25

Son xəbərlər

Bütün Xəbər Lenti