Honq-Konqda baş verən yanğın hadisəsi ilə bağlı 14 nəfər həbs edilib

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 17:54
Honq-Konqda baş verən yanğın hadisəsi ilə bağlı 14 nəfər həbs edilib

Honq Konq polisi və Korrupsiyaya ilə mübarizə üzrə Müstəqil Komissiya (ICAC) Tay Po rayonundakı "Wang Fuk Court" yaşayış kompleksində baş verən yanğın ilə əlaqədar iş üzrə 14 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" qəzeti ICAC rəhbəri Denni Vu İn-minə istinadən məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər arasında baş podratçı, məsləhətçi mühəndis və digər şəxslər var.

İlkin araşdırmaların nəticəsinə görə, bəzi şübhəli şəxslər yanğın təhlükəsizliyi normalarına cavab verməyən 2 300 ədəd qoruyucu tor rulonu alıblar. Bu torların qiyməti odadavamlı torların qiymətindən təxminən 2 dəfə azdır.

"Bu torlar tikinti konstruksiyasını örtmək üçün istifadə edilib. Normalara uyğun olmayan toru odadavamlı tor kimi təqdim etmək niyyətində olublar", - o bildirib.

Qeyd edək ki, xilasedicilər bu gün daha 5 meyit aşkar ediblər. Beləliklə, ölənlərin sayı 151-ə çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti