Rəşad Eyyubov: "Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir"
- 08 sentyabr, 2025
- 12:16

Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir.
"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında deyib.
Mütəxəssis Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Məşqi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji cəhətdən komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik".
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.