"Qəbələ" monteneqrolu futbolçu ilə müqavilə imzaladı
Futbol
- 14 avqust, 2020
- 09:57
2020/2021 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.
Son xəbərlər
10:11
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb
Futbol10:09
Makron Ukraynanın enerji şəbəkəsinə zərbələrə moratorium tətbiqini təklif edib
Digər ölkələr10:09
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Biznes10:05
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB-2
Hadisə10:03
Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 2 % artıb
Maliyyə10:00
"Kempinski Residences Bayıl Bay" – 1 illik lüks yaşayış təcrübəsi
Biznes09:57
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti matçlar keçiriləcək
Komanda09:48
Azərbaycan daha bir ölkədən qarğıdalı almağa başlayıb
Biznes09:41