Azərbaycan daha bir ölkədən qarğıdalı almağa başlayıb
- 04 dekabr, 2025
- 09:48
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14,1 milyon ABŞ dolları dəyərində 36 min 976 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 42 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % az) 35 378 ton (-43 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-26 %) 742 ton (-20 %), Fransadan 1,5 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 276 ton (+2,9 dəfə), Macarıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 220 ton (+3 dəfə), Serbiyadan 858 min ABŞ dolları dəyərində (+6 %) 145 ton (+14 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan tədarük (49 min ABŞ dolları dəyərində 6,5 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 85,3 min ton qarğıdalının 97,7 %-i Rusiyanın payına düşüb.