Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Biznes
  • 04 dekabr, 2025
  • 10:09
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % və yaxud 601,3 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 3 milyard 832,2 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,4 % artaraq 203 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 % artaraq 155 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,1 % artaraq 1 milyard 6,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 % artaraq 713,7 milyon manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti