2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
  • 04 dekabr, 2025
  • 10:11
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb.

"Report" xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.

Birinci pillədə İspaniyanın "Real" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. 26 yaşlı forvard cari ildə 60 dəfə rəqib qapılarına yol tapıb.

İngiltərə yığmasının və Almaniya təmsilçisi "Bavariya"nın oyunçusu Harri Keyn 54 qolla ikinci olub. İlk "üçlüy"ü İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Norveç millisinin futbolçusu Erlinq Holann qapayır - 51 qol.

Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 30 noyabr aralığında baş tutan oyunlar nəzərə alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti