“PSJ”- “Borussiya” matçı azarkeşsiz keçiriləcək
Futbol
- 09 mart, 2020
- 00:19
UEFA Çempionlar Liqasında Fransanın PSJ və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşü azarkeşsiz keçiriləcək.
“Report”un "LEquipe” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb koronavirusun yayılmasıdır. Fransada bu xəstəliyin qarşısının alınması məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.
Futbol matçları da bu kateqoriyaya düşür. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək.
Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfər ağır vəziyyətdə olsa da, 12 nəfər sağalıb.
Qeyd edək ki, görüş martın 11-də “Park de Prens” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya” qələbə qazanıb - 2:1.
Son xəbərlər
02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48