Premyer Liqa: XII tura 2 oyunla yekun vurulacaq
- 23 noyabr, 2025
- 09:04
Misli Premyer Liqasında bu gün XII tura yekun vurulacaq.
"Report" xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutacaq.
"Sabah" evdə "Şamaxı"nı qəbul edəcək. "Sabah" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 13 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Turun son görüşü "Palms Sport Arena"da keçiriləcək. "Neftçi" evdə "İmişli" ilə üz-üzə gələcək. 15 xala malik paytaxt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsindədir. "İmişli" isə 12 xalla 9-cu yerdədir.
Misli Premyer Liqası
II dövrə, XII tur
23 noyabr
15:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Bank Respublika Arena"
17:30. "Neftçi" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sport Arena"
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.