Premyer Liqa: "Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub edib
Futbol
- 13 mart, 2026
- 22:26
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla altıncıdır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.
Son xəbərlər
02:59
Belçika - Seneqal oyununun ən yaxşısı Yuri Tilemans seçilib
Futbol02:59
Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
Digər ölkələr02:50
DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
Futbol02:27
İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
Region02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35