Neymar noyabrın sonlarınadək yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 29 sentyabr, 2025
  • 14:11
Neymar noyabrın sonlarınadək yaşıl meydanlardan kənarda qalacaq
Neymar

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar zədə səbəbindən noyabrın sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Marselo Teyşeyra açıqlama verib.

Təcrübəli hücumçunun dekabrın əvvəlində, Braziliyada adi mövsüm bitdikdən sonra sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Neymarın "Santos"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonunda bitir.

Son xəbərlər

Bütün Xəbər Lenti