Minskdə 2030-cu ilə qədər MDB İqtisadi İnkişaf Strategiyasının II mərhələsinin icra planı təsdiq ediləcək

Xarici siyasət
  • 29 sentyabr, 2025
  • 16:11
Minskdə 2030-cu ilə qədər MDB İqtisadi İnkişaf Strategiyasının II mərhələsinin icra planı təsdiq ediləcək
Əli Əsədov

Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında 2030-cu ilə qədər olan dövr üçün Birliyin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının təsdiqlənməsi planlaşdırılır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, planın layihəsi mal və xidmətlərin qarşılıqlı ticarəti, sənaye, yanacaq-enerji kompleksi, nəqliyyat, rabitə və digər əməkdaşlıq sahələrini özündə cəmləşdirir.

"Birliyin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət dialoqlarının davam etdirilməsinin vacibliyini, həmçinin MDB-nin çoxtərəfli qarşılıqlı fəaliyyət üçün səmərəli platforma kimi rolunu yenidən vurğulamaq istərdim. Fürsətdən istifadə edərək, Kohir Rasulzodanı (Tacikistanın Baş naziri - red.) Tacikistanın cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istəyirəm", - Ə.Əsədov bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti