"Napoli" "Yuventus"a uduzsa, baş məşqçi qovulacaq
Futbol
- 11 fevral, 2021
- 13:39
İtaliyanın "Napoli" klubu baş məşqçi Cennaro Qattuzo ilə vidalaşa bilər.
"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi XXII turda "Yuventus"a uduzsa, 43 yaşlı mütəxəssis qovulacaq.
Əks halda, klub prezidenti Aurelio De Laurentis Qattuzoya şans verəcək. İtaliya təmsilçisi hazırda Luçano Spalletti və Rafael Benitesin namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, "Napoli" - "Yuventus" matçı fevralın 13-də gerçəkləşəcək. Cennaro Qattuzo 2019-cu ildən komandanın baş məşqçisidir. "Napoli" hazırda A Seriyasında 39 xalla 6-cı pillədə qərarlaşıb.
Son xəbərlər
23:55
Makron Tramp ilə Rusiya‑Ukrayna münaqişəsinin həllini müzakirə edib
Digər ölkələr23:35
KİV: İslamabad - Kabil danışıqları nəticəsiz başa çatıb
Digər ölkələr23:21
Türkiyədə ağır yol qəzasında onlarla insan xəsarət alıb
Region23:09
Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib
Futbol23:09
BMT Təhlükəsizlik Şurasının üzvləri tarixdə ilk dəfə Suriyaya səfər edəcək
Digər ölkələr22:58
Türkiyədə silahlı insident olub, xəsarət alanlar var
Region22:56
Siyarto: Macarıstan Aİ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiyalarına razılıq verməyəcək
Digər ölkələr22:46
Tramp Netanyahunu Vaşinqtonda görüşə dəvət edib
Digər ölkələr22:41