"Mançester Siti" İspaniya millisinin üzvünü transfer etmək niyyətindədir
Futbol
- 28 noyabr, 2025
- 17:07
İngiltərənin "Mançester Siti" klubu "Elçe"nin (İspaniya) yarımmüdafiəçisi Rodriqo Mendosanı transfer etmək niyyətindədir.
"Report"un "Daily Mail"a istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniyanın U-20 millisinin 20 yaşlı oyunçusunu yaxından izləyir.
"Arsenal" (İngiltərə) və "Real"ın (İspaniya) da maraqlandığı Mendosa 20 yaşadək futbolçular arasında dünya çempionatında yığmanın keçirdiyi beş matçın hamısında start heyətində meydana çıxıb və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, R.Mendosa 2025/2026 mövsümündə "Elçe"nin heyətində keçirdiyi 10 matçda 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt" oyunçunun dəyərini 9 milyon avro qiymətləndirir.
Son xəbərlər
17:56
Foto
Azərbaycanla Tailand arasında dostluq və əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Xarici siyasət17:52
Foto
WUF13-ə hazırlıqla bağlı yerləşmə vasitələrinin nümayəndələri ilə görüş keçirilib
Turizm17:51
"Baksol yolu"ndakı yanğın söndürülüb - YENİLƏNİB
Hadisə17:51
Azərbaycan Yüksək Liqası: "Murov Az Terminal" son oyun günündə qələbə qazanıb
Komanda17:47
Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib
İKT17:45
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ilk gününü medalsız başa vurublar
Fərdi17:41
Olimpiya mükafatçısı mövsümün sonunda karyerasını bitirəcək
Fərdi17:40
Azərbaycanda idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib
Sosial müdafiə17:34
Foto