"Mançester Siti" "Çelsi"nin müdafiəçisi Mark Kukurelya üçün danışıqlara başlayıb
Futbol
- 30 may, 2026
- 15:04
İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Çelsi"nin 27 yaşlı müdafiəçisi Mark Kukurelya ilə danışıqlar aparır.
"Report" "Caught Offside"a istinadən xəbər verir ki, futbolçu komandanın yeni baş məşqçisi Entso Mareskanın təklifini müsbət cavablandıracağı təqdirdə gözlənilən transfer baş tuta bilər.
Müdafiəçi mövsüm ərzində "Çelsi"nin heyətində meydana çıxdığı 50 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, M.Kukurelyanın klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun dəyərini 50 milyon avro qiymətləndirir.
Son xəbərlər
03:26
ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB
Region03:10
Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib
Maraqlı02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50