İngiltərəli futbolçu klubundan ayrılmaq istəyir

Futbol
  • 07 oktyabr, 2025
  • 11:34
İngiltərəli futbolçu klubundan ayrılmaq istəyir

İngiltərəli futbolçu Cob Bellinqem Almaniyanın "Borussiya" (Dortmund) klubundan ayrılmaq istəyir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi az forma şansı qazandığı üçün narazıdır.

O, cari mövsüm 9 matçda iştirak edib və əsasən sonradan meydana daxil olub.

Qeyd edək ki, Cob Bellinqem yayda Dortmund təmsilçisinə keçib. O, İspaniya təmsilçisi "Real"da çıxış edən Cud Bellinqemin qardaşıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti