Sadır Japarov: Vaşinqton bəyannaməsi Cənubi Qafqazda sabitliyin təmini istiqamətində mühüm addım idi
- 07 oktyabr, 2025
- 13:42

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində mühüm addım idi.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TDT Təhlükəsizlik Şurasının toplantısı Qırğızıstanda yüksək səviyyədə təşkil olundu:
"Türk dünyasının qarşılaşacağı hadisələrə dərhal reaksiya veriləcəyi mexanizmlər üzərində çalışılır".
Qırğızıstan Prezidenti vurğulayıb ki, regional və qlobal təhlükəsizlik məsələsində Əfqanıstandakı vəziyyətə də xüsusi diqqət yetirilməlidir:
"Əfqanıstandakı məsələlərlə bağlı heç vaxt kənarda qalmamışıq, yaxın dövrdə də humanitar yardım göstərmişik. Eyni zamanda, Qəzzadakı vəziyyət də narahatlıq doğurur. Beynəlxalq hüququn tələblərinə uyğun şəkildə məsələnin həll olunacağına ümid edirik".