İngiltərə klubunun baş məşqçisi 100 ilin antirekorduna imza atıb

Futbol
  • 03 oktyabr, 2025
  • 11:45
İngiltərə klubunun baş məşqçisi 100 ilin antirekorduna imza atıb
Angelos Postekoqlu

İngiltərənin "Nottingem Forest" klubunun baş məşqçisi Angelos Postekoqlu 100 ilin antirekorduna imza atıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, komandanın UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi "Midtyullann"a uduzması (2:3) ilə reallaşıb.

Premyer Liqa təmsilçisi mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada dördündə məğlub olub, ikisində heç-heçə edib. O, 100 il ərzində bu kollektivdə ilk altı görüşündə qalib gələ bilməyən yeganə baş məşqçidir.

Sonuncu belə hadisə 1925-ci ilə yaşanıb. "Nottingem Forest" Con Beynsin rəhbərliyi altında ilk 7 qarşılaşmada qələbə qazana bilməyib. Lakin bundan sonra o, daha dörd il klubda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti