Azərbaycanda "Dövlət satınalmaları haqqında qanun" təkmilləşdiriləcək
- 03 oktyabr, 2025
- 13:51

Azərbaycanda "Dövlət satınalmaları haqqında qanun"un təkmilləşdirilməsi istiqamətində işlər görülür.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
"Topladığımız təcrübə əsasında mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu proses vaxt tələb edir. Lakin biz agentlik olaraq həm təkmilləşdirmələrin, həm də bu gün müzakirə olunan dəyərli fikirlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik", - deyə E.Bağırov qeyd edib.
Onun sözlərinə görə, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş "Dövlət satınalmaları haqqında" qanun çərçivəsində tənzimləyici orqan artıq müəyyən təcrübə toplayıb: "Qanun gündəlik həyatımızın bir hissəsidir. Onun normalarının mövcud vəziyyətə uyğun olub-olmadığını yalnız təcrübə göstərir. Bu təcrübə artıq agentlikdə formalaşıb. Onu daha da genişləndirmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir".