Agentlik rəsmisi: "Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır"

Biznes
  • 03 oktyabr, 2025
  • 13:41
Agentlik rəsmisi: Dövlət satınalmalarında eyni mal əvvəlkindən ucuz alınır
Cəfər Babayev

Azərbaycanda hazırda dövlət satınalmalarında eyni məhsul əvvəlkindən daha aşağı qiymətə alınır.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bununla belə məhsulun həcmi və keyfiyyəti eyni qalıb: "Dövlət satınalmaları haqqında" yeni qanun qəbul edildikdən, yeni normalar qüvvəyə mindikdən sonra satınalmaların həcmi eyni qalsa da onun dəyəri azalıb. Son nəticədə qənaət formalaşıb. Bununla belə, qənaətin kiməsə pul ayrılmaması, yaxud pul verilməməsi ilə əlaqələndirilməsi düzgün deyil. Biz maliyyə vəsaiti ayıran deyil, nəzarətedici orqanıq. Funksiyamız da dövlət satınalmalarına nəzarətdən ibarətdir. Yəni satınalma zamanı qanun düzgün icra olunmursa, bu faktı qeydə almaq bizim işimizdir".

Son xəbərlər

Bütün Xəbər Lenti