Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
- 03 oktyabr, 2025
- 13:53
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən "Report"un yerli bürosuna verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Son xəbərlər
10:53
Gürcüstandan aralarında azərbaycanlı da olan 55 əcnəbi deportasiya edilib
Region10:53
Gelencikə PUA hücumu nəticəsində xəsarət alanların sayı 58-ə çatıb
Region10:48
Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Region10:42
Türkiyədə qanunsuz yolla vətəndaşlıq əldə edən 687 nəfərin hüququ ləğv olunub
Region10:30
ABŞ-də meşədə yanğın törətməkdə şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr10:30
Video
"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
Energetika10:06
ABŞ dövlət katibinin köməkçisi Mərkəzi Asiyaya səfər edəcək
Digər ölkələr10:04
Video
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır
Xarici siyasət10:02